ADAU-nun məzunları üçün bir neçə vakansiya təqdim edilib. Bu haqda məlumatı oktyabrın 21-i təhsil ocağına istinadən veririk.
- AzərPambıq ASK MMC-də – mühəndis-mexanik;
- MKT Cotton-da – insan resursları üzrə mütəxəssis;
- Bank of Baku-da – Mikrokreditlər üzrə mütəxəssis ;
- Grand-Agro MMC-də – sahə aqronomu;
- MKT İstehsalat Kommersiya MMC-də – Mühasib operator.
Vakansiyalar barədə və müraciət edən şəxslərdən tələb olunanlar haqqında bu link-dən keçid edərək məlumat əldə edə bilərsiniz.
Qeyd edək ki, müvafiq vakansiyalara müraciət edən şəxslər öz CV-lərinin mövzu hissəsində vakansiya adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.