16.9 C
Gence
16.9 C
Gence

ADAU-nun Mühəndislik fakültəsində konfrans təşkil olunub

Gəncədə elmi-praktik konfrans baş tutub. Bu haqda 16 may tarixində ADAU-ya istinadən məlumat veririk.

Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar konfrans Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mühəndislik fakültəsinin Tələbə Elmi Cəmiyyəti tərəfindən keçirilib. Fakültənin mütəxəssis və tələbələrinin düzəltdiyi qurğular konfrans iştirakçılarına nümayiş olunub.

Universitetin rektor vəzifəsini icra edən Zəfər Qurbanov bu cür tədbirlərin keçirilməsinin gənc mütəxəssislərin yetişməsindəki rolundan danışaraq konfransın işinə uğurlar arzu edib. Tədbirdə universitet rəhbərliyi ilə yanaşı, fakültənin bir qrup professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Sonda konfransda iştirak edən tələbələr fəxri fərmanlarla mükafatlandırılıblar.

Ən Çox Oxunan