20.3 C
Gence
15.5 C
Ganja

ADAU-nun kollektivi Masallıda şəhid məzarını ziyarət edib

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru və professor-müəllim heyəti Masallıya səfər ediblər. Bu haqda 26 iyul tarixində Azərtac-a istinadən məlumat veririk.

Universitetin kollektivi Masallı Rayon İcra Hakimiyyətinin rəhbərliyi və rayonun ictimaiyyət nümayəndələri ilə birlikdə Şəhidlər xiyabanında ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının, həmçinin şəhid Niyaməddin Sultanzadənin məzarını ziyarət ediblər və önünə güllər düzüblər.

Daha sonra qonaqlar şəhidin doğulduğu evə baş çəkib, onun xatirəsinə yaradılan guşə ilə tanış olublar.

Azertag.az saytından foto
Azertag.az saytından foto