ADAU təhsil ocağına qəbul olmuş şəxslərə müraciət edib. Bu haqda məlumatı sentyabrın 2-si adıçəkilən təhsil ocağına istinadən veririk.
Qəbul olmuş gənclər sentyabrın 12-dək “portal.edu.az” saytında qeydiyyatdan keçməlidirlər. Bunu etməyən gənclər DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcək.
Əlavə məlumat üçün link-dən keçid edin. Sualları yaranan şəxslər tədris şöbəsinə yaxınlaşa bilərlər. Bundan başqa, (022) 266 89 57 nömrəsi ilə əlaqə saxlamaq olar.