19.1 C
Gence
19.1 C
Gence

ADAU-nin rektoru magistrlarla görüşüb

Azərbaycan Dövlət Aqrar Universitetin rektoru professor İbrahim Cəfərov I kurs magistrantlarla görüşüb. Bu haqda Gencexeber.az 14 oktyabr tarixində təhsil ocağının rəsmi saytında istinadən xəbər verir.

Görüş 2021/2022-ci tədris ilində magistratura səviyyəsinə qəbul olan baytarlıq, zoomühəndislik, aqronomluq və torpaqşünaslıq ixtisasları üzrə təhsil alan tələbələr üçün təşkil olunub. Tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Professor magistrantlara tədqiqat işlərinin keyfiyyətinin artırılması ilə bağlı tövsiyələrini verib. Onlara xarici dil bacarıqlarının inkişaf etdirilməsinin vacibliyindən danışıb. Tədrisə aid digər məsələlər müzakirə olunduqdan sonra tələbələrin sualları cavablandırılıb.

Qeyd edək ki, ADAU-nə 2021/2022-ci tədris ilində magistratura səviyyəsinə 305 magistr qəbul olub.

 

Ən Çox Oxunan