16.9 C
Gence
12.5 C
Ganja

ADAU əməkdaşları ilə İcbari Tibbi Sığortanın nümayəndələri görüşüblər

Gəncədə maarifləndirici tədbir baş tutub. Bu haqda 15 noyabr tarixində ADAU-ya istinadən xəbər veririk.

Azərbaycan Dövlət Aqrar Universitetində icbari tibbi sığorta ilə bağlı maarifləndirici tədbir keçirilib. Burada Universitetin və İcbari Tibbi Sığorta Agentliyinin rəhbərliyi və əməkdaşları iştirak ediblər.

Tədbirdə Agentliyin rəhbəri Kamal Həsənov çıxış edərək, icbari tibbi sığorta sistemi, icbari tibbi sığorta haqları, Xidmətlər Zərfi ilə təminat verilən tibbi xidmətlər, TƏBİB-nin tabeliyindəki dövlət tibb müəssisələri haqqında ətraflı məlumat verib.

Həmçinin burada vətəndaşlara dövlət tibb müəssisələrində və Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadə qaydaları izah olunub.

Ən Çox Oxunan