Gəncədə şəhid ailəsi ziyarət olunub. Bu haqda 8 noyabr tarixində sosial şəbəkələrə istinadən məlumat veririk.
Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrobiznes və İdarəetmə fakültəsinin Marketinq kafedrasının əməkdaşları, kafedra müdiri Vəfa Məmmədova, dosent Vaqif Ramazanov, baş müəllimlər Anar Həsənov və Aytəkin Bağırova Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan kiçik çavuş Natiq Əliyevin ailəsinə baş çəkiblər. Burada qəhrəmanımızın ailəsi ilə onun xatirəsini anıblar.
Natiq Yusif oğlu Əliyev 22 may 1989-cu ildə Gəncədə anadan olub. Əslən Qərbi Azərbaycandandır. 2015-ci ildən 2021-ci ilin 16 noyabrına kimi Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) kiçik çavuş kimi fəaliyyət göstərib. 2016-cı ilin Aprel döyüşlərində iştirak edib.
16 noyabr 2021-ci ildə cəbhənin Laçın rayonu istiqamətində antiterror əməliyyatını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb.