13.6 C
Gence
13.5 C
Ganja

ADAU şəhidinin ailəsinə baş çəkilib

Gəncədə şəhidin xatirəsi yad edilib. Bu haqda 13 noyabr tarixində ADAU-ya istinadən məlumat veririk.

Azərbaycan Dövlət Aqrar Universitetinin Mühəndislik fakültəsinin dekanı Təvəkkül İslamov, kafedra müdiri Aydın İsayev, professor Ziyad Abbasov və bir qrup tələbə tərəfindən əvvəlcə şəhid Taleh Mustafazadənin məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb. Daha sonra onun evinə baş çəkiblər. Burada şəhidimizin xatirəsi yad olunub.

Qeyd edək ki, şəhid Taleh Mustafazadə ADAU-nun Mühəndislik fakültəsinin “Yerüstü nəqliyyat vasitələri mühəndisliyi” ixtisasının 2013-2017-ci illər üzrə məzunudur.

Ən Çox Oxunan