24.8 C
Gence
24.8 C
Gence

ADAU digər universitetlərlə birgə finansallaşma və iqtisadi artım mövzusunda seminar keçirəcək

ADAU Azərbaycanın bir neçə universiteti ilə birgə seminar təşkil edir. Bu haqda təhsil müəssisəsi 10 fevral tarixində məlumat paylaşıb.

Finansallaşma və iqtisadi artım mövzusunda baş tutacaq təlimin təşkilatçıları ADAU-nun Maliyyə və iqtisadi nəzəriyyə kafedrası, Azərbaycan Kooperasiya Univürsitetinin (AKU) Maliyyə kafedrası və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İslam maliyyə tədqiqat mərkəzidir. Bu müasir maliyyə problemləri üzrə daimi fəaliyyət göstərən Elmi seminar olacaq.

Onlayn təlimdə alimlər, müəllimlər, mütəxəssislər, tələbələr və millət vəkilləri ödənişsiz iştirak edə bilərlər. Seminara qoşulmaq üçün link qeyd olunub.

Ən Çox Oxunan