16.4 C
Gence
16.4 C
Gence

ADAU-da zona konfransı keçirilib

Gəncədə “Heydər Əliyev ili” ilə əlaqədar konfrans baş tutub. Bu haqda 29 mart tarixində ADAU-ya istinadən məlumat veririk.

“Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda zona konfransı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı ilə birgə ADAU-da təşkil olunub. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim və tələbələr, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının rəhbərliyi və əməkdaşları, həmçinin Qərb zonası üzrə nümayəndələr iştirak ediblər.

ADAU-nun rektoru vəzifəsini icra edən Zəfər Qurbanov universitetdə könüllülük fəaliyyəti və gənclər təşkilatlarının missiyaları haqqında məlumat verib. Sonra Heydər Əliyevin gənclər və təhsil sahəsində fəaliyyətindən bəhs edən videoçarx konfrans iştirakçılarına nümayiş olunub.

Çıxış edənlər həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyevin həyata keçirdiyi işlər və qəbul etdiyi qərarlardan söhbət açıblar.

Ən Çox Oxunan