16.9 C
Gence
12.5 C
Ganja

ADAU-da Zəfər Günü qeyd olunub

Gəncədə Zəfər Günü ilə əlaqədar tədbir keçirilib. Bu haqda 7 noyabr tarixində ADAU-ya istinadən məlumat veririk.

Tədbir Azərbaycan Dövlət Aqrar Universitetində baş tutub. Burada təhsil müəssisəsinin rektoru Zəfər Qurbanov, icra başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, AMEA-nın Gəncə Bölməsinin sədri Fuad Əliyev və YAP Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanov çıxış ediblər.

Daha sonra Vətən müharibəsi iştirakçısı olan ADAU tələbələri Eşqin Bayramov, Həşim Həşimov və Ruhin Qasımov 44 gün davam edən döyüşlərdə ordumuzun qəhrəmanlıqlarından söz açıblar.

Burada, həmçinin tələbələr tərəfindən hazırlanan ədəbi-bədii hissə təqdim olunub. Bədii hissədə gənclərin ifasında vətənpərvər ruhda şeir və musiqi nömrələri nümayiş etdirilib.

Sonda bir qrup Vətən müharibəsi iştirakçısı Fəxri Fərmanla təltif olunub.

Ən Çox Oxunan