21 C
Gence
21 C
Gence

ADAU-da tərbiyəvi görüşlər baş tutub

Gəncədə tələbələrlə görüşlər keçirilib. Bu haqda 25 aprel tarixində ADAU-ya istinadən məlumat veririk.

“Milli-mənəvi dəyərlərimiz irsimizdir” adlı tərbiyəvi mövzuda silsilə görüşlər Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bütün fakültələrində təşkil olunub. Burada universitetin tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova deyib ki, Azərbaycan xalqı hər zaman milli-mənəvi dəyərlərə sadiqliyini göstərib və bu dəyərləri əsrlərlə yaşadaraq onu inkişaf etdirib.

Prorektor diqqətə çatdırıb ki, milli mənliyimizi qorumaq ən vacib şərtlərdəndir. Gənclər arasında milli-mənəvi dəyərlərin qorunması istiqamətində işlər görülməli, onlarda vətənpərvərlik və vətəndaşlıq hissləri gücləndirilməlidir.

Sonra tələbələrə tövsiyələr verilib, fikir və təklifləri dinlənilib.

Ən Çox Oxunan