Gəncədə təlimləri uğurla bitirənlər təltif olunublar. Bu haqda 27 avqust tarixində Azərbaycan Dövlət Aqrar Universitetinə istinadən məlumat veririk.
ADAU-da professorlar tərəfindən ixtisasartırma təlimləri keçirilib. Kurslarda Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma, Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə), həmçinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzlərinin 96 nəfər əməkdaşı iştirak edib. Təlimlər üç gün davam edib.
Sonda kursu müvəffəqiyyətlə bitirən iştirakçılara serifikatlar təqdim edilib.
