24.8 C
Gence
24.8 C
Gence

ADAU-da sosial aksiya baş tutub

“Qırmızı Ürəklər” (“Red Hearts”) Fondu Gəncədə tədbir keçirib. Bu haqda 10 fevral tarixində Azərbaycan Dövlət Aqrar Universiteti məlumat paylaşıb.

Fond tələbələr üçün sosial aksiya həyata keçirib. Universitetin kitabxanasına biologiya elmini öyrənənlər üçün nəzərdə tutulan, dünyaca məşhur “Campbell Biologiya” kitabı təqdim olunub. Əsər “Habitat Tərcümə Layihəsi” çərçivəsində tərcümə edilib. Kitabdan müəllim və tələbələr istifadə edə biləcəklər.

Tədbirdə rektor İbrahim Cəfərov, fondun prezidenti Sevda Haqverdiyeva, molekulyar mikrobioloq, “Habitat Tərcümə Layihəsi”nin həmtəsisçisi Araz Zeyniyev çıxış ediblər. Təqdimatda qəbul imtahanlarında yüksək bal toplayan 4 tələbəyə kitablar və hədiyyələr təqdim olunub.

Ən Çox Oxunan