9.7 C
Gence
9.7 C
Gence

ADAU-da rektor əvəzi professor-müəllim heyəti ilə görüşüb

Gəncədə professor-müəllim heyəti ilə görüş təşkil olunub. Bu haqda 28 sentyabr tarixində Azərbaycan Dövlət Aqrar Universitetinə istinadən məlumat veririk.

Təhsil müəssisəsinin rektor əvəzi Zəfər Qurbanov Aqrar İqtisadiyyat fakültəsinin professor-müəllim heyəti ilə görüşüb. Tədbirdə universitetin elmi işlər üzrə prorektoru Azad İbrahimov, fakültə dekanı Asəf Qasımov və universitetin müvafiq struktur rəhbərləri iştirak ediblər. Onların sualları cavablandırılıb.

Tədbirin məqsədi gələcək perspektivlər, qarşıda duran məsələlər və tədris ilinin gedişi ilə bağlı işlərin müzakirəsi olub.

Ən Çox Oxunan