14.7 C
Gence
14.7 C
Gence

ADAU-da professor-müəllim heyəti ilə görüş keçirilib

Gəncədə professor-müəllim heyəti ilə növbəti görüş təşkil olunub. Bu haqda 23 noyabr tarixində Azərbaycan Dövlət Aqrar Universitetinə istinadən məlumat veririk.

Tədbirdə Baytarlıq təbabəti fakültəsinin müəllimləri iştirak ediblər. Universitetin rektor vəzifəsini icra edən Zəfər Qurbanov belə görüşlərin hissə-hissə bütün fakültələrdə keçirildiyini bildirib. Məqsədin qarşıda duran perspektivlər, təhsilin keyfiyyətinin yüksəldilməsi, imtahan sessiyasının təşkili və qarşıda duran digər məsələlərin müzakirəsi olduğu qeyd olunub.

Sonra fikir və təkliflər dinlənilib, suallar cavablandırılıb.

Ən Çox Oxunan