14.7 C
Gence
14.7 C
Gence

ADAU-da müəllimlər üçün təlimlər baş tutub

Gəncədə professor-müəllim heyəti üçün təlimlər keçirilib. Bu haqda 6 oktyabr tarixində Azərbaycan Dövlət Aqrar Universitetinə istinadən məlumat veririk.

“Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlar (ESG)” mövzusundakı təlimlər universitetin professor-müəllim heyətində keyfiyyət təminatı mədəniyyətini inkişaf etdirmək və laboratoriya işlərinin yerinə yetirilməsi üzrə yeni qaydaların mənimsədilməsini təmin etmək üçün təşkil olunub. Seminarları Təhsildə Keyfiyyət Təminatı Agentliyinin eskperti, Ekologiya kafedrasının assistenti Mədinə Abışova keçib.

Qrafik üzrə təlimlər növbəli şəkildə Aqrotexnologiya, Aqronomluq, Aqrokimya və torpaqşünaslıq, Zoomühəndislik, Baytarlıq təbabəti və Mühəndislik fakültələrinin professor-müəllim heyəti üçün baş tutub.

Ən Çox Oxunan