13.6 C
Gence
13.6 C
Gence

ADAU-da keçiriləcək yarışlara qeydiyyat başlayıb

Gəncədə tələbələr arasında yarışlar keçiriləcək. Bu haqda 11 noyabr tarixində Azərbaycan Dövlət Aqrar Universitetinə istinadən məlumat veririk.

Təhsil müəssisəsində futbol, basketbol, voleybol, şahmat və dama idman növləri üzrə turnirlər təşkil olunacaq. Burada universitetin həm bakalavr, həm də magistr pilləsində təhsil alan tələbələri iştirak edə bilərlər.

İştirak üçün qeydiyyatdan keçmək lazımdır. Son müraciət tarixi 20 noyabrdır.

Qeydiyyat üçün link: https://forms.office.com/r/TFygdfZ0LB 

Ən Çox Oxunan