16.9 C
Gence
16.9 C
Gence

ADAU-da idman spartakiadası start götürüb

Gəncədə universitet əməkdaşları arasında spartakiada keçirilir. Bu haqda 7 aprel tarixində ADAU-ya istinadən məlumat veririk.

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan idman spartakiadası start götürüb. Burada voleybol, şahmat, dama, nərd, stolüstü tennis və futzal oyunları təşkil olunacaq.

İlk olaraq voleybol üzrə oyun baş tutub. Burada ADAU-nun 8 fakültəsinin əməkdaşlarından ibarət 8 komanda mübarizə aparıb.

Sonda spartakiadanın qalibi olan komandalar mükafatlandırılacaq. Oyunlara 19 aprel tarixində yekun vurulacaq.

Ən Çox Oxunan