25.8 C
Gence
25.8 C
Gence

ADAU-da gənc tədqiqatçılarla bağlı tədbir keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində Gənc Alimlər Şurasının növbəti seminarı keçirilib. Bu haqda təhsil ocağının rəsmi səhifəsində dekabrın 10-nu məlumat paylaşılıb.

Universitetin rektoru professor İbrahim Cəfərov və bir neçə elmi işçi aşağıda göstərilən mövzuları müzzakirə ediblər:

  • Gənc tədqiqatçıların elmi potensialının artırılması;
  • Gənc tədqiqatçıların yaradıcı mühitin yaradılması;
  • Gənc tədqiqatçıların elmi tədqiqat fəaliyyətlərinin stimullaşdırılması;
  • Gənc tədqiqatçıların beynəlxalq təcrübə mübadilələrində iştiraklarının genişləndirilməsi;
  • Gənc tədqiqatçıların layihə və proqramlarda iştirakının təmin edilməsi.

Tədbirin sonunda şura üzvlərini maraqlandıran suallar cavablandırılıb.

Ən Çox Oxunan