Gəncədə xarici şirkətlə birgə Fındıqçılıq Üzrə Texniki Sertifikat Proqramı (TCP) üzrə təlimlər keçirilir. Bu haqda Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rəsmi saytında məlumat paylaşılıb.
Layihə ADAU və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşən Özəl Sektorun İnkişafı Layihəsi (PSA) “Ferrero” şirkəti ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Proqramda 34 nəfər aqronomluq ixtisasının tələbə və məzunları iştirak edir.
30-31 oktyabr tarixlərində ADAU-də layihənin ikinci sessiyası keçiriləcək. Təlimlərin iştirakçıları proqramın sonunda imtahan verərək beynəlxalq sertifikat alacaqlar.
Qeyd edək ki, ilk sessiya 16-17 oktyabr tarixlərində Universitetin yeni tədris korpusunda baş tutmuşdur. Təlim ənənəvi üsulla yanaşı onlayn formada da keçirildiyi üçün iştirakçılar sayca çoxluq təşkil etmişdir.