Gəncədə elmi dərəcə üzrə əlavə imtahanlara qeydiyyat başlayıb. Bu haqda 26 sentyabr tarixində ADAU-ya istinadən məlumat veririk.
İxtisas fənni üzrə fəlsəfə doktoru imtahanı və elm sahəsinin ümumelmi əsaslarından əlavə imtahanın (fərq imtahanı) noyabr ayında keçirilməsi nəzərdə tutulur. Bununla bağlı Azərbaycan Dövlət Aqrar Universitetində ərizə qəbulu başlayıb.
İştirak etmək istəyən şəxslər 26 sentyabr – 26 oktyabr tarixlərində ərizələrini ADAU-nun Elm şöbəsinə təqdim etməlidirlər.