19.1 C
Gence
19.1 C
Gence

ADAU-da Ege Universitetinin müəllimləri ilə görüş baş tutub

Gəncədə türk müəllimlərlə görüş keçirilib. Bu haqda 11 may tarixində ADAU-ya istinadən məlumat veririk.

Görüşdə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti arasında ikili diplom proqramı çərçivəsində dərs deyən müəllimlər iştirak ediblər. Universitetin rektor vəzifəsini icra edən Zəfər Qurbanov birgə elmi-tədqiqat işlərinin və araşdırmaların aparılmasının vacibliyini diqqətə çatdırıb. O bildirib ki, ikili diplom proqramı çərçivəsində təhsil alan tələbələr gələcəkdə ölkəmizin kənd təsərrüfatına mühüm töhfələr verəcəklər.

Sonra Ege Universitetinin professor-müəllim heyətinin fikir və təklifləri dinlənilib, sualları cavablandırılıb.

Ən Çox Oxunan