25.3 C
Gence
25.3 C
Gence

ADAU-da CİS üzrə təlimlər keçirilib

Gəncədə coğrafi informasiya sistemləri (CİS) üzrə təlimlər başlayıb. Bu haqda 20 yanvar tarixində Azərtac-a istinadən məlumat veririk.

Təlimlər Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrotexnologiya fakültəsində Yerquruluşu ixtisasının tələbələri üçün təşkil olunur. Burada təlimçilər hazırlanmış proqram əsasında istehsalatda aparılan yerquruluşu, geodeziya işləri, müasir CİS proqramları, geodeziya alət və avadanlıqlarının iş prinsiplərini, əlavə təcrübə və biliklərini çatdıracaqlar.

Qeyd edək ki, təlimçilər DAİM Göygöl rayon şöbəsinin mütəxəssisi Mehman Mehdiyev, Geodeziya və Kartoqrafiya MMC-nin fotoqrammetriya üzrə mütəxəssisi Samir Həsənov, Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşı Zöhrab İsmayılovdurlar.

 

Ən Çox Oxunan