19.1 C
Gence
19.1 C
Gence

ADA Universitetinin nümayəndəsi Gəncə tələbələri ilə görüşüb

Gəncə Dövlət Universitetində yuxarı kurs tələbələri ilə görüş keçirilib. Bu haqda təhsil ocağının saytında məlumat dərc edilib.

Tədbirdə sözügedən universitetlə yanaşı Azərbaycan Dövlət Aqrar və Azərbaycan Texnologiya Universitetlərinin yuxarı kurs tələbələri iştirak ediblər.

Görüşdə ADA Universitetinin təhsil fakültəsinin proqram rəhbəri Səidə Nəbiyeva və tələbə qəbulu şöbəsinin nümayəndəsi Mahnur Abbasova çıxış ediblər. Onlar müəssisənin dünya təhsil sistemində tutduğu mövqedən, fəaliyyətə başladığı 16 il ərzində qazandığı uğurlardan danışıblar. Universitetdə yaradılan yeniliklər barədə tələbələrə ətraflı məlumat verilib.

Ən Çox Oxunan