26.4 C
Gence
26.4 C
Gence

“ADA” Universitetinin Hüquq proqramının direktoru gəncəli məktəblilərlə görüş keçirib

Gəncədə məktəblilər “ADA” Universitetinin Hüquq proqramının direktoru ilə onlayn görüşdə iştirak ediblər. Bu haqda 20 dekabr tarixində Gəncə şəhər Təhsil idarəsi məlumat paylaşıb.

“Müasir dünyada ixtisaslaşma: perspektivlər ve problemlər” adlı görüşdə 10-cu sinif şagirdləri iştirak ediblər. Hüquq elmləri üzrə baş müəllim Rəşad İbadov düzgün ixtisas seçimi, vacib hesab olunan peşə sahələri, şagirdlərin İKT bilik və bacarıqlarının təkmilləşməsi və digər mövzularda çıxış edib. Daha sonra məktəblilərin sualları cavablandırılıb.

Ən Çox Oxunan