19 C
Gence
19 C
Gence

Access Bank Gəncə filialı üzrə vakansiya elan edib

Gəncədə əməliyyatlara nəzarət üzrə mütəxəssis vakansiyası mövcuddur. Access Bank əməkdaş axtarışındadır.

Namizədlərdən Bankda biznes kreditlər sahəsində, və ya audit, risklərin idarə edilməsi və daxili nəzarət sahələrində minimum 1 il iş təcrübəsi, iqtisadiyyat, maliyyə, audit sahələri üzrə ali təhsil,

Azərbaycan, Rus və ya İngilis dillərinə mükəmməl sahib olma (yazılı və şifahi), təhlil etmə qabiliyyəti, komandada işləmək bacarığı, tələb olunduğu halda ezamiyyələrə getmək imkanı və arzusu, Microsoft ofis proqramları biliyi və sərbəst işləmək bacarığı, yerli Bank sistemi üzrə qanunvericiliyin tələbləri ilə bağlı biliklər, üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarıqları tələb olunur.

İş haqda məlumat:

  • Bankın mikro və aqro kreditlərinin monitorinq yoxlamalarında iştirak etmək, ehtiyac yarandıqda bankın filiallarına və müştərilərin yerləşdiyi ünvana getmək (Gəncə, qərb və şimal-qərb region filialları);
  • Mikro və Aqro kreditlərin bankın daxili qayda və prosedurlarına uyğun rəsmiləşdirilməsini qiymətləndirmək;
  • Mikro və Aqro kreditlərə aid olan risklərin təhlilini həyata keçirmək və riskin azaldılmasına yönəldilmiş tövsiyyələr vermək;
  • Monitorinqin aparılması üçün İş Proqramının hazırlanmasında iştirak etmək;
  • Monitorinqin nəticələri üzrə tam detallı hesabatların hazırlanması;
  • Bank işçiləri və müştərilər ilə sağlam iş münasibətlərini qurmaq.

Maraqlanan namizədlər CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

 

Ən Çox Oxunan