25.6 C
Gence
20.5 C
Ganja

Abituriyentlərin nəzərinə

Gəncədə abituriyentlər üçün məsləhət mərkəzi fəaliyyət göstərir. Bu haqda 26 iyul tarixində Report-a istinadən məlumat veririk.

Ali təhsil müəssisələrinə qəbulda müsabiqə şərtini ödəyən abituriyentlər müəyyən olunacaq vaxtlarda “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqda ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzi”nə müraciət edə bilərlər. Sözügedən mərkəz Dövlət İmtahan Mərkəzinin Gəncə regional bölməsində fəaliyyət göstərir.

Qeyd edək ki, mərkəz H.Əliyev meydanında, İcra Hakimiyyətinin binasında yerləşir. Əlaqə vasitəsi olaraq (022) 256 50 67 nömrəsi qeyd olunub.