Gəncədə səhiyyə işçiləri üçün təlim təşkil olunub. Bu haqda 23 may tarixində Birləşmiş Xəstəxanaya istinadən məlumat veririk.
Təlim Birləşmiş Xəstəxana və Gəncə Dövlət Universitetinin əməkdaşlığı çərçivəsində Abbas Səhhət adına xəstəxanada baş tutub. Xəstə xidmətləri şöbəsi və Mühafizə bölməsinin əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə keçirilən təlimlər “Tibbi heyət və güvənliyin etik davranış qaydaları – Effektiv ünsiyyət bacarıqlarının təkmilləşdirilməsi” mövzusunu əhatə edib.
Universitetin təlimçi müəllimi Lamiyə Hacımuradova tərəfindən keçirilən məşğələlər interaktiv xarakter daşıyır və bu cür təlimlərin növbəti həftələrdə də keçirilməsi nəzərdə tutulub.