16.9 C
Gence
12.5 C
Ganja

7 nömrəli tam orta məktəbdə vətəndaş qəbulu baş tutub

Gəncədə səyyar görüş keçirilib. Bu haqda 8 noyabr tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.

İcra başçısı Niyazi Bayramov 7 nömrəli tam orta məktəbdə vətəndaşlarla görüşüb. Tədbirə, həmçinin İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri qatılıblar.

Şəhər rəhbərliyi sakinləri 8 Noyabr – Zəfər Günü münasibətilə səmimi qəlbdən təbrik edib, Vətən müharibəsində canlarını qurban etmiş şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə şəfa arzulayıb.

Daha sonra sakinlər onları narahat edən məsələləri səsləndiriblər. Müraciətlər arasında işlə təminat, müalicə, fərdi yaşayış evinin təmiri, mənzil növbəliliyi və digər məsələlər üstünlük təşkil edib.

Niyazi Bayramov həmin məsələlərin həlli üçün müvafiq tapşırıqlar verib.

Ən Çox Oxunan