Gəncədə müsabiqə təşkil olunub. Bu haqda 20 noyabr tarixində Gənclər Evinə istinadən xəbər veririk.
Gənclər Evində “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə növbəti həftəlik oyun keçirilib. Burada 10 komanda mübarizə aparıb. 50-dən çox gənc 24 sualdan ibarət olan yarışmada biliklərini sınayıb.
Müsabiqədə birinci yerə “Noctua”, ikinci yerə “Cahillər və E-Team”, üçüncüyə isə “Avengers” komandaları layiq görülüb.
Qeyd edək ki, bilik yarışması Gənclər Evi və Gəncə İntellektual Klubunun birgə təşkilatçılığı ilə keçirilib.