5.8 C
Gence
5.8 C
Gence

5 nömrəli kitabxana filialında kitab sərgisi təşkil olunub

Gəncədə kitab sərgisi keçirilib. Bu haqda 16 aprel tarixində Regional Mədəniyyət idarəsinə istinadən məlumat veririk.

“Əsirlərin şahidi tarixi abidələrimiz” başlıqlı tədbir 18 aprel -Tarixi Abidələrin  mühafizəsi günü münasibətilə 5 nömrəli kitabxana filialında təşkil olunub. Sərgidə kitabxanada olan kitablarla yanaşı tarixi abidələr əks olunmuş fotoşəkillər nümayiş etdirilib. Filialın böyük kitabxanaçısı Nazilə Həsənova sərgilənən ədəbiyyatla bağlı qısa məlumat verib.

Qeyd edək ki, bu cür tədbirlərin məqsədi milli mənəvi dəyərlərimiz olan tarixi abidələrimizi qorumaq, mühafizə etmək, gələcək nəsillərin diqqətini maddi-mədəniyyət abidələrinin qorunmasına yönəltməkdir.

 

Ən Çox Oxunan