16.9 C
Gence
12.5 C
Ganja

5-ci sinif şagirdinin videosu 3 milyondan çox baxış toplayıb

Gəncədə məktəbli səsləndiriyi şeirlə hər kəsin qəlbinə toxunub. Bu haqda 10 noyabr tarixində Azərtac-a istinadən məlumat veririk.

Şəhər 3 nömrəli tam orta məktəbin azyaşlı şagirdinin bir neçə gün əvvəl keçirilən tədbirdə şəhidlərə həsr olunan şeiri ağlayaraq söyləməsi sosial şəbəkə izləyicilərinin böyük marağına səbəb olub. Onlar görüntülərin çox təsirli olduğunu bildiriblər.

Söhbət məktəbin 5B sinif şagirdi Elza Əliyevadan gedir. Şeir söyləməyi xoşladığını deyən balaca şəhidlər və qazilər haqqında şeir və hekayələr oxumağı sevdiyini də söyləyib. Onun sözlərinə görə, həmin videonun sosial şəbəkədə yerləşdirilməsindən xəbərsiz olub. Azyaşlı bildirir ki, tədbirdə şəhid analarını və qaziləri görəndə özündən asılı olmayaraq, şeiri ağlayaraq söyləməyə başlayıb. Beləliklə, həmin video sosial şəbəkələrdə yerləşdirildikdən sonra 3 milyondan çox baxış toplayıb.

Elzanın anası Xəyalə Əliyeva qızının tez-tez şeir müsabiqələrində iştirak etdiyini bildirib. Məktəbin direktoru Surxay Hüseynov isə şagirdin istedadının fərqində olduqlarını vurğulayaraq, tədbirlərdə ona xüsusi yer ayırdıqlarını deyib.

Ən Çox Oxunan