Gəncədə daha bir yarış keçirilib. Bu haqda 30 oktyabr tarixində Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat veririk.
“44 günün zəfəri” adlı bilik yarışması Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi, 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzi və Gənclər Evinin birgə təşkilatçılığı ilə baş tutub. Turnir Zəfər Gününə həsr olunub.
Rəsmilər çıxışlardan sonra iştirak edən bütün komandalara uğurlar arzulayıblar. Sonra yarışın qaydaları haqqında məlumat verilib və müsabiqə start götürüb. Burada ümumilikdə 12 komanda iştirak edib. Yarış dörd mərhələdən ibarət olub. Turlararası bədii hissələrdə vətənpərvərlik və qəhrəmanlıq mövzularında musiqilər səsləndirilib.
Sonda qaliblər mükafatlandırılıblar.