15.3 C
Gence
15.3 C
Gence

37 nömrəli məktəbdə yeni layihəyə start veriləcək

Gəncənin təhsil ocağında “Peşə təmayüllü siniflər” fəaliyyət göstərəcək. Bu haqda 13 may tarixində Gəncə şəhər 37 nömrəli tam orta məktəbə istinadən xəbər veririk.

2023-2024-cü tədris ilindən 37 nömrəli tam orta məktəbdə peşə təmayüllü siniflərdə təhsil alan şagirdlərə 2 il ərzində 4 ixtisas tədris ediləcək. Dərslərə IX sinfi – buraxılış sinfini bitirən şagirdlər cəlb edilir.  Şagirdlər məktəbi bitirdikdə peşə sənədi və tam orta təhsil haqqında sənəd əldə edə biləcəklər.

Tədris olunacaq ixtisaslar aşağıdakılardır:

  1. Bərbər(Qadın və Kişi)
  2. Aşpaz köməkçisi.
  3. Qənnadıçı
  4. Dərzi köməkçisi.

Ən Çox Oxunan