17.5 C
Gence
17.5 C
Gence

35 bağça müdiri ilə təlim-seminar təşkil edilib

Gəncədə müdirlər üçün təlim keçirilib. Bu haqda 9 may tarixində Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşəbbüsü ilə Gəncə şəhəri üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən 35 bağça müdiri ilə növbəti təlim-seminar təşkil edilib. Məqsəd erkən uşaq inkişafının vacibliyi haqqında müzakirələr aparmaq, bağçalarda sənədlərlə bağlı olan vahid sistem, qida təhlükəsizliyi, bağçalara qəbul sistemi ilə bağlı məsələlərə toxunmaq olub.

Tədbirdə təlimçi qismində Elm və Təhsil Naziriyinin Məktəbəqədər təhsilin təşkili və idarə olunması sektorunun müdiri İlahə Rəsulova iştirak edib. Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev bağçalarda mövcud vəziyyəti optimallaşdırmağın yollarını auditoriya ilə müzakirə edib. Bu məqsədə çatmaq üçün strategiyalar ortaya qoyulub.

Qeyd olunub ki, yaxın gələcəkdə bağça müdirləri üçün bu cür görüşlər yenidən təşkil ediləcək, təlimlərin nəticələrinin effektivliyi yoxlanılacaq.

Ən Çox Oxunan