5.8 C
Gence
5.8 C
Gence

32 ildir rəssamlıq sənətinin sirlərini öyrədən Raziyyə Allahverdiyeva

Gəncədə tələbələrinə uzun illərdir incəsətin sirlərini öyrədən müəllim bu gündə vəzifə başındadır. Bu haqda məlumat iyulun 2-si Gencexeber.az-a daxil olub.

Raziyyə Qiyas qızı Allahverdiyeva 24 iyun 1960-cı ildə Gəncədə dünyaya gəlib. Xanım uşaq ikən şəkil çəkməyə həvəs göstərib. Bu səbəbdən o, Gəncə Pedaqoji Texnikumuna daxil olub. Sonra isə Həsən bəy Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunda (indiki Gəncə Dövlət Universiteti) təhsilini davam etdirib.

Raziyyə xanım 1990-cı ildən etibarən GDU-nun Təsviri İncəsənət Kafedrasında müəllim kimi işləyir. O, artıq 32 ildir ki, tələbələrinə öz biliklərini ötürür.

Müəllim əsasən ağac (faner) üzərində yandırma sənəti ilə məşğuldur. O, yaratdığı əsərlərlə müxtəlif sərgilərdə iştirak edir. Xanım özü isə bu sənəti respublikanın Əməkdar rəssamı, professor Şaiq Məmmədovdan öyrənmişdir.

Raziyyə xanım sözügedən sənət üzrə sifarişlər qəbul edir. Bunun üçün (051) 824 27 03 nömrəsi ilə əlaqə saxlamaq olar.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan