13.6 C
Gence
13.6 C
Gence

3 saylı körpələr evi – uşaq bağçasında tədbir keçirilib

Ümumdünya Uşaq Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib. Bu haqda məlumatı noyabrın 21-i Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.

Tədbir Gəncə şəhər 3 saylı Körpələr Evi – Uşaq Bağçasında baş tutub. Gəncə şəhərində fəaliyyət göstərən uşaq bağçalarının və uşaq evinin rəqs kollektivləri uşaqlar qarşısında rəqs nömrələri ilə çıxış ediblər.

Şənlikdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin, Ombudsmanın Gəncə Regional Mərkəzinin və Gəncə şəhər Uşaq Evinin əməkdaşları iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd balaca fidanlar üçün xoş və yaddaqalan gün təşkil edilməsi olub.

Ən Çox Oxunan