Gəncədə uşaqlar üçün tibbi aksiya təşkil olunub. Bu haqda 11 aprel tarixində Birləşmiş xəstəxanaya istinadən məlumat veririk.
Gəncə Şəhər Birləşmiş Xəstəxanası “Uşaqların sağlam gələcəyi bizim üçün dəyərlidir!” devizi altında Uşaq Xəstəxanasında sünnət aksiyası keçirib. Təşəbbüs çərçivəsində 3 ay – 10 yaş arası uşaqlar sünnət olunublar. Əməliyyatlar peşəkar cərrahlar tərəfindən həyata keçirilib.
İlk olaraq uşaqlar müayinə olunublar, onlardan qan analizi götürülüb. Daha sonra sünnət prosesi baş tutub. Aksiyada 20-yə yaxın uşaq sünnət olunub və əməliyyatların hər biri uğurla həyata keçirilib.