5.8 C
Gence
5.8 C
Gence

28 nömrəli məktəbin arxasındakı binaların həyəti baxımsızdır

Sakinlər bir neçə binanın həyətinin abadlaşdırılmasını arzu ediblər. Bu haqda məlumat sentyabrın 17-si Gencexeber.az-a daxil olub.

Sözügedən çoxmənzilli binalar Dədə Qorqud küçəsində, 28 nömrəli tam orta məktəbin arxasında yerləşir. Ərazinin bir hissəsində asfalt örtüyünün yenilənməsinə, digər hissəsində isə salınmasına ehtiyac var. Yol daşlıq və qumluqdur.

Sakinlər yağışlar yağanda ərazidəki palçıqdan və natəmiz şəraitdən narazı olduqlarını bildiriblər. Onlar məhəllənin abadlaşdırılmasını və kiçik də olsa, guşənin salınmasını arzu edirlər.

Ən Çox Oxunan