11.9 C
Gence
11.9 C
Gence

28 May küçəsində işıqlandırma üzrə işlər görülür

Gəncədə daha bir küçə işıqlandırılır. Bu haqda Gencexeber.az-a 18 mart tarixində məlumat daxil olub.

Söhbət şəhərin 28 May küçəsindən gedir. Burada işıq naqilləri yerin altı ilə çəkilib. Hazırda yol kənarlarına işıq dirəklərinin qoyulması üçün müvafiq işlər görülür. Adıçəkilən ərazidə yaxın günlərdə yeni işıq dirəkləri quraşdırılacaq.

Xatırladaq ki, ötən gün bu cür işlərin Ordubadi küçəsində aparıldığı barədə məlumat vermişdik.

Ən Çox Oxunan