Gəncədə bir sıra vətəndaşa yardım göstərilib. Bu haqda 10 avqust tarixində Azərforum-a istinadən məlumat veririk.
Dövlət Məşğulluq Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə həyata keçirilən “Kəndlərdə heyvandarlıq sahəsində ailə biznesinin və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində sakinlər aktivlərlə təmin edilib. Tədbir Gəncə şəhərində baş tutub. Burada Gəncə, Şəmkir və Göygöldən 25 nəfər iştirak edib. Onlara simmental cins iribuynuzlu damazlıq heyvanlar, sağım aparatı, qaşov, yemqıran və xüsusi yemlər təqdim olunub.
Qeyd edək ki, həmin şəxslərin arasında şəhidlərin ailə üzvləri, qazilər və vətən müharibəsi iştirakçıları da olub.