23.2 C
Gence
23.2 C
Gence

24 nömrəli tam orta məktəbin binası qəzalı vəziyyətdədir

Gəncədə daha bir məktəb binası yararsız haldadır. Bu haqda 5 may tarixində Xəzər Xəbər-ə istinadən məlumat veririk.

Söhbət şəhərin 24 nömrəli tam orta məktəbindən gedir. Təhsil müəssisəsinin həm çölü, həm də içərisi bərpa olunmalıdır. Məktəbin vəziyyətindən şikayət edən valideynlər deyirlər ki, içəridə vəziyyət çöldəkindən də betərdir. Adıçəkilən məktəbin direktoru binaya daxil olmağa və çəkiliş etməyə icazə verməyib.

Əksər valideynlər məktəbdə tədrisin keyfiyyətindən razıdırlar. Lakin binanın vəziyyəti onları narahat edir. Məktəbin ətraf yolları, həyətyanı sahəsi, idman meydançasının halı da ürəkaçan deyil.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, əsaslı və cari təmirə, eyni zamanda yenidən tikilməsinə ehytiyacı olan məktəblərin siyahısı tərtib olunub, bununla bağlı müvafiq işlər həyata keçirilib. Sözügedən məktəbdə isə mərhələli şəkildə təmir işləri görüləcək.

Ən Çox Oxunan