24.7 C
Gence
24.7 C
Gence

21 sentyabr – Beynəlxalq Sülh Gününə həsr edilmiş tədbir keçirilib

Sülh Günü ilə əlaqədar tədbir təşkil edilib. Bu haqda məlumat sentyabrın 22-si sosial şəbəkələrdə paylaşılıb.

Gəncə Dövlət Universitetində 21 sentyabr – Beynəlxalq Sülh Gününə həsr edilən tədbir baş tutub. Öncə şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri universitetin humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva açaraq diqqətə çatdırmışdır ki, bu gün dünyada yüz milyonlarla insanın dərin ürək çırpıntısı, böyük ümid, şirin arzularla təkrar etdiyi müqəddəs bir söz vardır – Sülh! Bu söz özü-özlüyündə böyük bir məna kəsb edir. Lakin çox təəssüf ki, hələ də bəşəriyyətin tam təhlükəsizliyi təmin olunmayıb. Ayrı-ayrı regionlarda, ümumilikdə isə dünyanın bir çox yerlərində münaqişələr davam etməkdə, torpaqlar qan çanağında boğulmaqda, günahsız insanlar odsaçan silahların qurbanına çevrilməkdədir.

Sülh Gününün tarixçəsindən də söhbət açılıb. Bildirilib ki, 2001-ci ildə Birləşmiş Krallıq tərəfindən təklif edilən qətnaməyə əsasən, məhz sentyabr ayının 21-i Sülh Günü – Ümumdünya Atəşkəs Günü kimi təqdim olunur. 2007-ci ildə BMT-nin baş katibi Pan Gi Mun “sülh zəngi”ni çalaraq, dünyanı  bütün döyüş əməliyyatlarını, ədavəti  24 saat ərzində dayandırmağa və bir dəqiqəlik sükuta çağırıb. Elə həmin tarixdən də hər il 21 sentyabrda “Sülh zəngi”nin çalınması ilə Sülh Günü başlanır.

Tədbir iştirakçıları birlikdə universitetin qarşısında sülhün rəmzi olan ağ göyərçinləri səmaya uçurublar.

Ən Çox Oxunan