Gəncədə məktəb direktorunun yubileyi qeyd olunub. Bu haqda 10 aprel tarixində Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.
21 nömrəli tam orta məktəbin direktoru, Prezident mükafatçısı, “İlin ən yaxşı məktəbi” müsabiqəsinin qalibi olmuş, “Qabaqcıl təhsil işçisi”, Azərbaycan yazıçılar və jurnalistlər birliyinin üzvü Vidadi Quluyevin 60 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Burada Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, idarə əməkdaşları, ümumtəhsil məktəblərinin direktorları, müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər Vidadi Quliyevin fəaliyyətindən və əldə edilən nailiyyətlərdən danışıblar. Daha sonra Anar Qədiməliyev yubilyara hədiyyə və təşəkkürnamə təqdim edib.