Gəncədə təlim baş tutub. Bu haqda 8 noyabr tarixində Regional Təhsil İdarəsinə istinadən xəbər veririk.
Formativ qiymətləndirmənin təşkilinə dair təlim 4 nömrəli xarici dillər təmayüllü məktəb-liseydə keçirilib. Dərslər Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, ingilis dili, fizika, kimya, biologiya, coğrafiya, tarix və ibtidai sinif fənləri üzrə təşkil edilib.
Təlimlərə ümumtəhsil məktəblərində çalışan 200-dək müəllim qatılıb. Onlar daha sonra çalışdıqları təhsil müəssisələrində həmin mövzuda təlimlər keçirəcəklər.