12.5 C
Gence
10.5 C
Ganja

20 ilə yaxındır pinəçilik sənəti ilə məşğul olan Zaur usta

Gəncədə pinəçilik sənətini yaşadan usta fəaliyyət göstərir. Bu haqda Gencexeber.az-a 19 iyul tarixində məlumat daxil olub.

Zaur Əliyev adlı usta Fətulla Həsənov küçəsi, 7 ünvanında (“Bağdad” restoranının yanında) yerləşən emalatxanada çalışır. O, 20 ilə yaxındır ki, pinəçilik sənəti ilə məşğuldur.

Sənətkar 1972-ci ildə Gəncədə anadan olub. Ustanın sözlərinə görə, bu peşənin sirlərini ona hələ uşaq ikən mərhum atası Füzuli kişi öyrədib. Zaur bildirir ki, Füzuli usta 78 illik ömrünün 65 ilini ayaqqabı təmir etməklə keçirib.

Pinəçinin sözlərinə görə, artıq bu sənətə maraq azalıb, sənəti yaşatmaq istəyənlər, demək olar ki, yoxdur. O, aztəminatlı ailələrə və şəhid ailələrinə təmənnasız xidmət etdiyini qeyd edib.

Usta ilə (055) 704 60 35 mobil nömrəsi vasitəsilə əlaqə saxlamaq olar.

Ən Çox Oxunan