Gəncədə YAP-ın yeni ərazi partiya təşkilatı yaradılıb. Bu haqda 29 iyul tarixində Azərtac-a istinadən məlumat veririk.
2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) ərazi partiya təşkilatının yaradılması ilə bağlı tədbir keçirilib. Burada Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, icra başçısının müavini Adil Tağıyev və YAP Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov çıxış ediblər.
Görüşdə təşkilati məsələlərə baxılıb və İdarə Heyətinin sədri, üzvləri müəyyənləşib. Bundan başqa partiyaya yeni qəbul olunmuş “ASAN xidmət” mərkəzinin əməkdaşlarına vəsiqələri təqdim edilib.