10.3 C
Gence
10.3 C
Gence

19 yaşında şəhadətə qovuşan şəhidin xatirəsinə ehsan verilib

Bu gün, Gəncəli şəhidin şəhadətə qovuşmasının ildönümü münasibəti ilə ehsan verilib. Bu haqda Gencexeber.az-ın müxbiri 5 noyabr tarixində məlumat verib.

19 yaşlı Süleymanov 2018-ci ildə Gəncə şəhər 21 nömrəli tam orta məktəbi bitirmişdir. 2019-cu ildə isə hərbi xidmətə başlamışdır. Vətən müharibəsinin ilk günlərində döyüşlərdə iştirak edən əsgər, Suqovuşanın, Cəbrayılın və Xocavəndin azadlığı uğrunda vuruşmuşdur.

Asim Süleymanov 4 noyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. O, Gəncə Şəhidlər Xiyabanında dəfn olunub.

Asim Süleymanov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Ən Çox Oxunan