5.8 C
Gence
5.8 C
Gence

17 nömrəli məktəbin təmirə ehtiyacı var

Gəncədə məktəblərdən birinin təmirə ehtiyacı var. Bu haqda Gencexeber.az-a 17 sentyabr tarixində məlumat daxil olub.

Söhbət şəhərin 17 nömrəli tam orta məktəbindən gedir. Binanın fasadı qoparaq tökülür. Onun təmirə ehtiyacı var.

“Hər dəfə külək əsəndə, yağış yağanda binanın üstündən parçalar tökülür. Bu hal uşaqlar üçün təhlükə yaradır. Bir valideyn olaraq həm təhlükəsizlik, həm də pis görüntü baxımından təmir olunmağını istərdim”, – deyə sakinlərdən biri qeyd edib.

Ən Çox Oxunan